Qiyamətin Əlamətləri

Son güncelleme: 09.03.2010 15:50
  • 1- Həzrəti Mehdi gələcək
    Hədisi şəriflərdə buyuruldu:

    Qiyamət qopmamışdan əvvəl Allahu təala mənim övladımdan birini yaradar ki, adı mənim adım kimi, atasının adı mənim atamın adı kimi olar. Ondan əvvəl dünya zülmlə dolu ikən, onun zamanında ədalətlə dolar.

    Mehdinin başı xəttində bir bulud olacaq, buluddan bir mələk, "Bu Mehdidir, sözünü dinləyin" deyəcək.


    2- Dəccal gələcək

    Hədisi şərifdə buyuruldu ki:

    Dəccal çıxar, tanrı olduğunu söyləyər. Onun tanrılığına inanan kafir olar.

    3- Həzrəti İsa göydən enəcək:

    Qurani Kərimdə tərcümə olaraq buyurulur ki:

    Allahın Elçisi Məryəm oğulu İsanı öldürdük dedikləri üçün Yəhudiləri lənətlədik. Onlar İsanı öldürmədilər, asmadılar da. Öldürülən, özlərinə İsa kimi göstərildi. [Nisa 157]

    Həzrəti İsa göyə qaldırılmışdır. (Nisa 158)

    Əlbəttə o [Həzrəti İsanın Qiyamətə yaxın göydən enməsi] Qiyamətin yaxınlaşdığını göstərən məlumatdır. Əsla buna şübhə etməyin! [Zuxruf 61, Beydavi]

    Hədisi şəriflərdə də buyuruldu ki:

    İsa ədalətli bir hakim olaraq göydən enəcək, xaçı qıracaq, donuzu öldürəcək, [donuz ətini qadağan edəcək] İslamdan başqa şeyi qadağan edəcək. [Buxari, Müslim, Əbu Davud, Tirmizi, İbni Əbi Şeybə]

    İsa enəndə hər yerdə sakitlik, təhlükəsizlik meydana gəlir. Belə ki, aslanla dəvə, qurdla quzu sərbəst gəzər, uşaqlar ilanlarla oynayar. [Əbu Davud]

    On əlamət olmadan qiyamət qopmaz. Biri İsanın göydən enməsidir.) [Müslim, Əbu Davud, Tirmizi, İbni Macə, Nəsəs(n)i, i. Əhməd, Taberani, i. Hibban, İ. Cərir]


    4- Dəbbət-ül-ərz çıxacaq

    Bu xüsusdakı hədisi şəriflərdən birinin tərcüməsi belədir:

    (Dəbbət-ül ərz Musanın əsası ilə möminə toxunar, alnına Cənnətlik yazılar, üzü nurlanar. Kafirə Süleymanın möhürü ilə vurar, Cəhənnəmlik yazılar, üzü qapqara olar.) [Tirmizi]

    Bu heyvandan Qurani Kərimdə də bəhs edilməkdədir. (Nəml 82)


    5- Yəcüc və Məcüc çıxacaq

    Qurani Kərimdə buyurulur ki:

    (Yəcüc və Məcüc yıxılıb hər təpədən axın edərlər.) [Ənbiya 96]

    Hədisi şərifdə buyurulur ki:
    (Yəcüc və Məcüc qiyamətin ilk əlamətlərindəndir.) [İbni Cərir]


    6- Tüstü çıxacaq


    Qurani Kərimdə tərcümə olaraq buyurulur ki:
    (Göydən bir tüstü çıxacağı günü müşahidə et!) [Duxan 10]

    Hədisi şərifdə də buyuruldu ki:
    (Tüstünün təsiri möminə soyuqdəymə kimi gəlir, kafirə isə çox şiddətlidir.) [Əbu Davud]


    7- Günəş qərbdən doğulacaq



    Hədisi şərifdə buyuruldu ki:
    (Günəş qərbdən doğulmadıqca qiyamət qopmaz. O zaman hər kəs iman edər, amma imanı fayda verməz.) [Buxari, Müslim]

    Qurani Kərimdə tərcümə olaraq buyurulur ki:
    (Rəbbinin bəzi ayələri [əlamətləri] gəldiyi gün, əvvəl iman etməmiş və ya imanında bir xeyr qazanmamış kimsəyə o günkü imanı fayda verməz.) [Ən'am 158]

    Alimlər bu ayədəki əlamətlərdən birinin də günəşin qərbdən doğulması olaraq bildirmişlər. Yuxarıdakı hədisdə şərif də onsuz da bunu açıqca bildirir.


    8- Atəş çıxacaq
    Hədisi şərifdə buyuruldu ki:
    (Hicazdan çıxan atəş Basradakı dəvələrin boyunlarını işıqlandırar.) [Müslim]


    9- Yer batması baş verəcək

    Hədisi şərifdə buyurulur ki:
    (Şərq, Qərb və Cəzirət-ül Ərəbdə yer batması görünəcək.) [Müslim, Əbu Davud, Tirmizi, İbni Macə]


    10- Kəbə dağılacaq
    Hədisi şərifdə buyuruldu ki:
    (Bir Həbəşli Kəbəni korlayacaq. Onu qara əlləri ilə Kəbənin daşlarını bir-bir sökən halda görürəm.) [Buxari, Müslim]
#09.03.2010 15:50 0 0 0