Arxalıq - Milli Geyim

Son güncelleme: 10.03.2010 10:31
  • noimage

    rxalıq Qafqaz xalqları arasında və İranda milli kişi və qadın geyiminin bir hissəsidir. Arxalıq beşmetdən (qədim türk üst paltarı, sonralar qazaqlar (rus hərbi dəstələri) da geyinirdi) əmələ gəlib.
    Xarici görünüşü

    Arxalıq uzun, beli ensiz gödəkcədir. İpəkdən, atlazdan, mahuddan, kişmirdən ya məxmərdən hazırlanır; parça növü adətən sahibin əslindən və iqtisadi vəziyyətindən asılı idi.[2] Kişi arxalığı biryanlı (qarmaqcıq ilə düymələnən) və ya ikiyanlı (düymə ilə düymələnən) ola bilər. Soyuq havada kişilər arxalığın üstündən çuxa da geyirdilər.[3] Qadın arxalığı rəngarəng və naxışlı olur; uzun ensiz qolları ələ çatınca genəlir. Bu növ arxalıq bəzən qaytan və bafta ilə, qızılı naxış ilə, qıraqları xəz ilə bəzənir.[4]

    1920-ci illərədək arxalıqlar el arasında geniş işlənməkdə idi. Arxalığın qabaq tərəfi pəncək kimi açıq olardı. Onu düymə və ilgəklə bağlardılar. Habelə bellərinə "beyləm şal" (mətanət nişanəsi) bağlardılar. .[5]
#10.03.2010 10:31 0 0 0