Bu günün əsas problemlərdindən biri- yaxşı, ləyaqətli, gözəl, baxımlı, savadlı xanımların şəxsi həyatının olmaması problemidir.
Onlara qarşı diqqət olsa belə, bir çox münasibətlərdə onlar yalnız uduzan tərəf olurlar. Əlbəttə ki, buna dair bir sıra səbəblər mövcüddur. Lakin yayılan və artıq doğrulanan əsas fakt onların özlərinə uyğun qarşı tərəfi tapmamaqlarıdır, bir növ sanki özlərinə layiq bilmirlər.
Soruşdurma zamanı bir çox xanımlar bu suala məhz belə cavab verdilər: " Biz dükanda özümüzə ayaqqabı seçmirik, buna baxmayaraq bizim təsəvvürlərimiz, bütün nümayəndələr üzrə formaşalmış olur". Bu zaman heç bir hisslər yaranmır, sevgi və simpatiya deyilən hiss bizdən tamamilə uzaq düşmüş olur.
Xanımlar taleləri ilə tənha qalmamaları üçün nə etməlidirlər?
1. İlk olaraq münasibət qurmaq istəyirlərsə səmimi və buna hazır olmaq lazımdır. Sadəcə olaraq gözləmək yetərli deyildir, bunun üçün özü də çalışmalı və nəsə etməlidir. Lazim olan və gərəkli situasiyaları xanım məhz özü yaratmalıdır! Xanım nə qədər arzularında, istəklərində açıq davrana bilərsə bir o qədər o nəzərə çarpmış olacaq.
2. Yalnız hiss və yalnız ağılı idarə etməməlidirlər. Bu iki hal qarşı tərəfə qarşı hər zaman birləşməlidir. Hərdən isə emosiyalarınıza güvənmək lazımdır. Hər zaman maraq hissini yaşamaq və yaşatmaq və emosiyaları da gizlətmək deyil, məhz bildirmək lazımdır.
3. Qarşı tərəfə olan tələblərinizi nəzərdən keçirin...
Nə üçün siz heç kimi bəyənmirsiniz? Ətrafınızda olan kişilərdə hansı çatışmazlıqlar vardır? Bu zaman bəlkə sizin tələbləriniz çox yüksək görünmüş olacaq. Həmin tələbləri yenidən nəzərdən keçirməli olacaqsınız.
Ancaq fakt dəyişməz olaraq qalır. Gözəl qızlar tənhadır, onların bəxtləri üzlərinə gülmür?
Bəlkə gözəl qızla daha çox tələb edən daha çox gözləyən və daha çoxunu istədikləri üçün tənhalıqla üzləşməli olurlar?!