İslam - Qeybət haqqında

Son güncelleme: 12.03.2010 07:42
  • Sual:Qeybət nədir?

    CAVAB:


    Müəyyən bir mömin və ya zimmi kafirin eybini, onu pisləmək üçün arxasından söyləmək, qeybət olar. Qeybət, haramdır. Dinləyən, o kimsəni tanımırsa, gıybet olmaz.


    Qeybət olunan kimsə, bədənində, əxlaqında, işində, sözündə, dinində, dünyasında, hətta paltarında, evində, heyvanında tapılan bir qüsur, arxasından deyildiyi zaman, bunu eşidincə kədərlənsə, qıybət olar. Eşidincə kədərlənəcəyi bir sözü üzünə qarşı da söyləmək günahdır.
    Bağlı söyləmək, işarə ilə, hərəkət ilə bildirmək, yazı ilə bildirmək də,həmişə söyləmək kimi qeybətdir.
    Bir müsəlmanın günahı və qüsuru deyildiyində, hafizlərin, din adamlarının, (Əlhəmdülillah, biz belə deyilik) demələri, geybətin ən pisi olar. Birindən bəhs edilərkən, (Əlhəmdülillah, Allah bizi həyasız etmədi) kimi, onu pisləmək, çox çirkin qeybət olar. (Filan kimsə çox yaxşıdır, ibadətdə bu qüsuru olmasa, daha yaxşı olardı) demək də qeybət olar.


    Quran-ı kərimdə tərcümə olaraq buyuruldu ki:
    (Bir-birinizi qeybət etməyin.) [Hucurat 12]
    Qeybət, adam çəkişdirmək deməkdir. Birini qeybət etmənin, ölmüş insanın ətini yemək kimi olduğu bildirildi. Hədis-i şəriflərdə buyuruldu ki:
    (Miraca çıxarıldığımda, misdən dırnaqlarıyla üzlərini və sinələrini cırmaqlayan kəslər gördüm. "Bunlar kim" dedim. Cəbrayıl əleyhissalam, "qeybət edərək insanların ətini yeyən, şəxsiyyətlərini zədələyən kəslərdir" dedi.) [Əbu Davud]
    (Qiyamətdə bir kimsə, savab dəftərində, etmədiyi ibadətləri görər. "Bunlar səni qeybət edənlərin savablarıdır" deyilir.) [Haraiti]
    (Bir camaat içində olarkən, bir kimsə haqqında qeybət edildiyini görsən, o kimsə üçün köməkçi ol. Və camaatı da ondan məhrum etməyə çalış və ya oradan qalx get.) [i. Ebiddünya]
    (Din qardaşının üzünə söyləməkdən xoşlanmayacağın şey qeybətdir.) [İbni Asakir]
    (Bir kimsənin yanında din qardaşı qeybət edilər də, köməyə müqtədirkən ona kömək etməzsə, Allahu təala o kimsəni dünya və axirətdə alçaq edər.) [İbni Ebiddünya)
    (Filanın boyu qısadır) deyən birinə, Peyğəmbər əfəndimiz, (Bu sözün dənizə atılsa, dənizi cokdurer) buyurdu. (Tirmizi)
    Qeybət, insanın savablarının azalmasına, başqasının günahlarının özünə verilməsinə səbəb olar. Bunları hər vaxt düşünmək, qeybət etməyə mane olar.
#12.03.2010 07:42 0 0 0