Nəsib bəy Yusifbəyli

Son güncelleme: 21.11.2012 19:36
  • Nəsib bəy Yusifbəyli Hakkinda

    noimage

    Yusifbəyli Nəsib bəy Yusif oğlu - siyasi və dövlət xadimi, publisist - 1881-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncə gimnaziyasında almışdır. 1902-ci ildə Novorossiysk (Odessa) Universtitetinin hüquq fakültəsinə daxil olur. Amma universiteti bitirə bilmir. Tələbələrin inqilabi hərəkatından qorxuya düşən çar hökuməti universtiteti müvəqqəti bağladıqdan sonra, Nəsib bəy Baxçasaray (Krım) şəhərinə getmiş və burada İsmail Qaspıralının "Tərcüman" qəzetiylə əməkdaşlıq etməyə başlayır. Özü baş rolda oynamaqla Azərbaycan dramaturqlarının əsərlərini burada səhnəyə qoyur. 1908-ci ildə İstanbula köçərək publisistik fəaliyyətlə məşğul olmaqla bərabər "Türk dərnəyi" cəmiyyətinin təşkili ilə məşğul olur. Az sonra Şəfiqə Soltan xanımla ailə həyatı quraraq bir müddət orada qalır. 1909-cu ildə Gəncəyə qayıdaraq, şəhər bələdiyyəsində çalışır. 1911-ci ildə "Molla Nəsrəddin" jurnalına və qəzetlərə məqalələr göndərir, "Müsəlman xeyriyyə cəmiyyəti", "Müsəlmanların maariflənməsi cəmiyyəti", "Aktyorlar cəmiyyəti"nin fəaliyyətlərində yaxından iştirak edir. Bu zaman o, M.Rəsulzadə ilə tanış olur və ictimai siyasi fəaliyyətə başlayır.

    1917-ci ildə N.Y. Yusifbəyli öz yaxınları ilə Gəncədə "Milli Federalistlərin Türk Partiyası"nı yaradır. Yeni yaradılan partiyanın əsas tələbi Rusiyanın milli ərazi muxtariyyətləri əsasında təşkili idi. 1917-ci ilin iyulunda bu partiya M.Ə. Rəsulzadənin başçılığı ilə "Müsəlman Demokratik Müsavat Partiyası" ilə birləşərək "Müsavat" adlandırılmağa başladı və öz proqramlarında millətçi-federalistlərin əsas tələbi - Rusiyanın federativ qurulması saxlanıldı. Nəsib bəy "Müsavat" partiyasının üzvü idi. Rəsulzadə partiyanın mərkəzi komitəsinin sədri seçildi. Gəncədə partiyanın rəhbəri N. Yusifbəyli oldu. 1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra partiya öz nizamnaməsində dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb etməyə başladı.

    Yusifbəyli Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya federativ hökumətində - maarif naziri, ADR hökumətində 1918-ci il may ayının 28-dən 1919-cu ilin martına kimi maarif naziri, 1919-cu ilin martından 1920-ci ilin martına kimi hökumət sədri, eləcə də Daxili İşlər Naziri (16.06.1919 - 22.12.1919) işləmişdir. 1920-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycan tutulduqdan və kommunist rejimi qurulduqdan sonra Yusifbəyli ona qarşı olan təqiblərdən yaxa qurtarmaq məqsədi ilə Bakını tərk edir, lakin 31 may 1920-ci ildə yolda faciəli surətdə qətlə yetirilir.
#14.03.2010 11:27 0 0 0
  • Her zaman Bele Insanlarin sonu niye bele olur
#21.11.2012 19:36 0 0 0