Sənaye inqilabı

Son güncelleme: 12.12.2010 17:58
  • Sənaye inqilabı - XVIII əsrin sonu və XIX əsrin əvvəllərində cəmiyyətdə baş verən iqtisadi və sosial dəyişiklilərlə müşayət olunan iş şəraiti və həyat rifahının yüksəlməsi prosesi idi. O Avropada başalyıb sonra ABŞ-a yayılaraq aqrar cəmiyyətdən sənaye cəmiyyətinə keçidi yaratmışdır.

    Külək, su və buxar enerjisinin tətbigi cəmiyyətdə dərin sosial və texnoloji dəyişikliklərin başlanğıcını qoydu. Sənaye inqilabı köklü sosial dəyişikliklər yaratdığından çox vaxt mütəxəssislər tərəfindən o „Neolit inqilabi" ilə müqayisə edilir. Burada inqilab sözu şərti olarag tətbig edilir, çunki, sənayeləşmə on illər boyu baş verən bir proses olmuşdur. Bu ərəfədə texnikanın, elmin və bununla bağlı məhsuldarlığın inkişafı kütləvi işsizlik və kasıbçılıq kimi bir çox problemləri də ozü ilə gətirmişdir.

    Sənaye inqilabı XVIII əsrdə İngiltərədə başlamış və XIX əsrdən etibarən Avropa və ABŞ-a yayılmışdır. Əvvəllər heyvan və ya insan gücü ilə hərəkətə gətirilən maşınlar üçün Vattın ixtira etdiyi buxar maşını yeni imkanlar açmışdır. Buxar enerjisinin mexaniki enerjiyə çevrilməsi nəticəsində fabrik və zavodları çaylardan və su kanallarından uzaq olan ərazilərdə qurmaq mümkün olmuşdur. Əl əməyi mexanikləşdirilərək manufakturalardan iri fabriklər meydana gəlmiş və bununla yeni istehsal üslubu yaranmışdır. Bu öncə İngiltərənin pambiq istehsalında tətbiq olunmuş, amma sonra başqa sahələri də əhatə etmişdir.

    Beləliklə, buxar maşınları, küləkdən və fəsildən asılı olaraq enerji mənbələrinin artib, azalmasının qarşısını almış idi. Su və külək çarxları vasitəsilə hərəkətə gətirilən nasoslar artıq buxar maşını ilə işlədilməyə başlayır. Sənaye inqilabının əsas tərkib hissəsi buxar maşınının yaradılması ilə bərabər, həm də hərəkət vasitələrinin də mexanikləşdirilməsindən ibarət idi. Riçard Trevitikin ( ingl. Richard Trewithick) və Corc Stivensonun (ingl. George Stephenson) buxar lokomotivi, Robert Fultonun buxar gəmisi buna misaldır. Bu ixtiralar cəmiyyətdə yeni mərhələnin başlanğıcına gətirib çıxarmışdır. Kiçik dəyirmanların və manufakturların enerji gücü buxar enerjisi ilə rəqabətə girə bilmirdilər. Məhsullar lokomotivlərin və buxar gəmilərinin köməyi ilə daha tez nəql edilə bilirdi. Bununla istehsalda tətbiq olunan kohnə üsullar yenisi ilə əvəz olunmağa başlayır. Burada əsasən

    * insan vərdişlərinə əsaslanan işlərin bu qaydada tez, dəqiq və yorulmadan işləyən maşınlarla əvəzi,
    * canlının cansız enerji mənbəyi ilə əvəz olunması, ən əsası istiliyi işə çevirən maşının ixtirası ilə tükənməz enerji mənbəyinin yaranması,
    * xammalın böyük miqdarda tətbiqi, hər şeydən əvvəl bitki və heyvan maddələrinin qeyriüzvi və süni şəkildə hazırlanmış materiallar ilə əvəz olunması nəzərə çarpırdı.

    Sənaye inqilabının nəyə görə texnoloji cəhətdən daha inkişaf etmiş Çində yox, məhz Avropadan başlanmasının səbəbləri hələ də müxtəlif elmi mulahizələrin əsasında durur. Bəzi mutəxəssislərin fikrincə Çində, o dövrdə yüksək inkişaf etmiş igtisadiyyat sabit vəziyyətdə idi. Burada görülən işlər qeyri sənaye üsulları ilə də məhsuldar şəkildə yerinə yetirilə bilirdi. Ona görə də, yüksək kapital tələb edən üsulların tətbiqinin qarşısını əl əməyi alırdı. Başqa mənbə, bir tərəfdən Avropada küllü miqdarda kömür və təbii ehtiyatların olması, koloniyalardan xammal axını, digər tərəfdən ölkələr arasındakı rəqabət onlarda sənaye inqilabının başlanması üçün ilkin şərait yaratmışdır. Bu dövrdə, Çində aparılan izolyasiya siyasəti də texnikanın inkişafının qarşısını almışdır. Ticarət üçün Avropada olan azadlıq Çində yox idi. Bu səbəblərdən sənaye inqilabı üçün yetişmiş ictimai, siyasi və iqtisadi şərait, bu prosesin İngiltərədə başlanması üçün zəmin
#15.03.2010 10:14 0 0 0
  • tesekkurler
#11.12.2010 19:09 0 0 0
  • coox sagol melumata gore
#12.12.2010 17:58 0 0 0