"Eurovision-2009"da Azərbaycana üçüncülük qazandıran Aysel Teymurzadə sosial layihəyə imza atıb.
Bu barədə Lent.az-a açıqlama verən müğənni bildirib ki, o, uşaqlar üçün Şarl Perronun "Qırmızı papaq" nağılını səsləndirib: "Bu təklifi böyük məmnuniyyətlə qəbul etdim. Məhz bu nağıl mənim uşaqlıqdan bəri sevdiyim nağıldı. Ümid edirəm ki, mənim səsləndirdiyim nağıl uşaqların xoşuna gələcək. Məşhurların ifasında nağıl eşitmək onlar üçün xoş olacaq".