Amsterdam - Hollandiya

Son güncelleme: 19.03.2010 14:26
  • Amsterdam - Ölkələrinə görə coğrafiya - Hollandiya - Hollandiya coğrafiyası - Ölkələrinə görə dağlar - Hollandiya coğrafiyası - Ölkələrinə görə şəlalələr - Hollandiya dağları

    noimage

    Amsterdam (ilk adı Amstelredam - Amstel çayında bənd) Hollandiyanın paytaxtı, Şimal dənizində iri port. Ölkənin mədəniyyətinin mərkəzidir. Əhalisi 742,884 (2006). Eyselmer körfəzi sahilində, Amstel çayının deltasındadır. Almazcilalama və almaz ticarətinin iri mərkəzi kimi məşhurdur. Çoxlu incəsənət və memarlıq abidəsi var. Kral sarayı (keçmiş bələdiyyə binası, 1648-55, memar Y. van Kampen), 14-17 əsrlərə aid kilsələr, Dövlət muzeyi (1877-85, memar P. Y. X. Köypers), birja (1897-1903, memar H. P. Berlage) var. Kral Elmlər Akademiyası, Rembrandtın ev muzeyi, tarix muzeyi və s. var.

    Adı ilk dəfə 1275 ildə çəkilən Amsterdam 1300 yaxud 1301 ildə şəhər hüququ almışdır. 16 əsrədək mühüm ticarət mərkəzi kimi tanınmış, 17 əsrdə beynəlxalq ticarət və kredit mərkəzinə çevrilmişdir. 1795-1806 illərdə Bataviya Respublikasının, sonra Niderland krallığının paytaxtı olmuşdur. 1940-45 illərdə almanlar tərəfindən işğal edilmişdi.


    Kaynak: Wikipedia, Vikipediya, açıq ensiklopediya
#19.03.2010 14:26 0 0 0