Quran möcüzələri

Son güncelleme: 30.03.2010 10:30
  • Aya İlk Gedilmə Tarixi QURANİ KƏRİMDƏ Yazılıbmışmı?

    Qurani Kərimdə olan QƏMƏR(Ay) surəsində gələcəkdə Aya gediləcəyinə dair işarələr varmış. Qəmər sözünün Azərbaycan dilində qarşılığı Aydır.

    "Ay" adlı bu surədən Quranın sonuna qədər tam 1389 ayə keçər. Hicri təqvimdə 1389 ili, Miladi təqvimə görə 1969-cu ilə bərabər gəlməkdədir, bu da Aya çıxış tarixidir. (Hicri 1389=Miladi 1969)
    Qısacası Ay (Qəmər) surəsi, insanlıq tarixinin ən əhəmiyyətli inkişaflarından biri olan bu hadisəyə əvvəldən işarə etməkdədir. Bununla birlikdə Ay sözünün yanında istifadə edilən "Şakka (yarıldı)" sözü eyni zamanda "torpağın yarılması, qazılması..." mənalarında da istifadə edilməkdədir. Bənzər şəkildə Aya gedən Apollo 11 kosmos gəmisi də Ay torpağından bir çox parça götürərək Dünyaya dönmüşdür. Bu baxımdan da ayrı bir paralellik var. Bunlardan əlavə bu ayədəki bəzi sözlərin Ərəbcədəki riyazi dəyərləri də yenə Aya çıxış tarixini verməkdədir.

    19:57 Nömrəli Ayə və 1957 İl

    Tarixdə ilk dəfə 1957-ci ildə kosmos səfərinə çıxılmışdır (Sputnik). Qurandakı 19:57 (19-cu surənin 57-ci ayəsi) nömrəli ayə də səmaya çıxmaqdan və yüksəlməkdən bəhs etməkdədir: "Onu yüksək bir yerə (səmaya) yüksəltdik" (19-cu surə 57-ci ayə). Əgər fikir versəniz ayənin nömrəsi olan 19:57 ilə 1957 il eyni ədədlərdir. Bu səbəbdən gələcəkdə bu hadisənin reallaşacağına möcüzəvi bir şəkildə işarə edilməkdədir.

    Bununla birlikdə 1957-ci ildə ilk kosmos vasitəsinin göndərilməsi ilə Aya çıxış fərqli hadisələrdir qarışdırılmamalıdır. Bu ayədən əvvəlki ayələrdə peyğəmbərlərdən bəhs edildiyi üçün ayə fərqli şəkildə də şərh oluna bilər. Lakin ayəni tək başına müstəqil olaraq düşünsək bizim şərh etdiyimiz anlama da işarə etməkdədir.

    Günəşin Hidrogen və Heliumdan İbarət Olması

    QURANIN ALLAH kitabı olmasını sübut edən dəlillərdən birinə də ŞƏMS(Günəş) Surəsində rast gəlirik. Bildiyiniz kimi Günəş hidrogen(H) və helium(HE) atomlarından meydana gəlməkdədir. Günəşin yüzdə 90dan çoxu H və HE simvollu atomlardan meydana gəlir və yaydığı istilik ilə işıq da bu elementlərin termonükleer reaksiyaları nəticəsində ortaya çıxır...
    Qısacası Günəş deyildiyində ağılımıza ilk olaraq H-HE atomları gəlir. Və çox maraqlıdır ki Qurandakı ŞƏMS(Günəş) surəsindəki on beş ayənin hamısı istisnasız olaraq HE hərfləriylə bitməkdədir. Xülasə olaraq günəş(Şəms) surəsindəki bütün ayələr hidrogen(H) və heliumun(HE) simvoluyla bitməkdədir və dolayısilə Quran Günəşin hidrogen və heliumdan meydana gəldiyinə 14 əsr əvvəl işarə etməkdədir. Məsələn Helium 19-cu əsrdə kəşf edilmişdir yəni Qurandan əsrlər sonra...
    Bunu bir təsadüf olaraq qiymətləndirə bilmərik, çünki Quranda günəş(Şəms) surəsindən başqa heç bir surə başdan sona H-HE hərfləriylə bitmir. Əslində Günəş surəsinin nömrəsi yəni 91 rəqəmi də diqqət çəkicidir. Günəşdə iştirak edən H (hidrogen) elementi təbiətdə geri qalan digər 91 elementi də meydana gətirir. Maraqlıdır ki H (hidrogenə) diqqət çəkən şəms(Günəş) surəsidə tam 91-ci surədir. Laboratoriyalarda atom nömrələri artırıla bilməkdədir lakin təbiətdə hidrogendən sonra urana qədər 91 element vardır və bunlar yenə hidrogen nüvələrinin birləşməsiylə meydana gəlir
#30.03.2010 10:30 0 0 0