Moskvada Azərbaycan yazıçısının “Skinxed” adlı kitabı işıq üzü görüb

Son güncelleme: 01.04.2010 13:30


  • Gənc azərbaycanlı yazar Rəna Yüzbaşının Moskvanın məşhur "Eksmo" nəşriyyat evində "Skinxed" adlı yeni kitabı işıq üzü görüb.

    Bu barədə gənc naşir özü Lent.az-a açıqlama verib: "Artıq bu kitabı Azərbaycanda da almaq olar. Kitabda məni narahat edən mövzuları açmağa, işıqlandırmağa çalışmışam".

    Kitab həyatda öz yerini axtaran, milyonlardan biri olan gənc bir adamın taleyindən bəhs edir: "O da başqaları kimi qərar verməkdə çətinlik çəkir, haqsızlıqlar məngənəsində sıxılır".

    Qeyd edək ki, gənc yazar son vaxtlar məşhur yazıçı və ədəbiyyatçıların sırasında öz yerini tutub. Onun "Sərhədsiz söz" əsəri soyadını ədəbiyyatda tanıtmağa nail olub. Bundan başqa yazıçınını "Kimdən: sevgi ilə sərçə" və "Bir an üçün bir sonsuzluq daha" adlı əsərləri ədəbiyyat aləmində məşhurdur.
#01.04.2010 13:30 0 0 0