Misir Mərdanovdan cavab gəldi

Son güncelleme: 15.04.2010 15:41
  • noimage

    Bakalavrların sayındakı artımın əsas səbəbi bağlanmış filiallardan köçürülmələrlə bağlı imiş

    "Dörd il əvvəl Azərbaycanda digər ölkələrin ali məktəblərinin 10-dan artıq filialı bağlanıb. O zaman məhkəmənin qərarı ilə həmin ali məktəblərdə oxuyan tələbələri biz digər ali məktəblərə köçürdük. Tələbələrin sayının artıq olmasının səbəblərindən biri budur".


    Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov bu il ali məktəbləri bitirəcək bakalavrların sayının 4 il əvvəl universitetlərə qəbul olunmuş abituriyentlərin sayından təxminən 3 min nəfər artıq olması barədə jurnalistlərin suallarını cavablandırarkən belə deyib. Nazir bildirib ki, bu məsələ nazirlik tərəfindən araşdırılıb və fərqin əsasən köçürmələrlə bağlı olduğu üzə çıxıb.


    Xatırladaq ki, bu yaxınlarda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 2010-cu ildə ali məktəbi bitirəcək bakalavrlarla 4 il əvvəl tələbə adını qazanmış abituriyentlərin sayı arasındakı 10 faizlik artım olduğunu demişdi.

    Təhsil Nazirliyinin yaydığı məlumata əsasən, 2010-cu ildə ali təhsilin bakalavr pilləsini 26359 nəfər bitirəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bazasında baxanda isə məlum olur ki, 4 il əvvəl, 2006-cı ildə 23817 abituriyent ali məktəblərə daxil olub. Yəni bu il ali məktəbləri bitirəcək tələbələrin sayı 2006-cı ildə qəbul olunanların sayından 2542 nəfər çoxdur. Bu rəqəmlər onu göstərir ki, testdən kənar yolla ali məktəblərə qəbul 10 faizi üstələyir.

    Elxan SALAHOV

    LENT.AZ
#15.04.2010 15:41 0 0 0