Azərbaycan əhalisinin orta aylıq gəliri 583,1 manatdır

Son güncelleme: 16.04.2010 13:32
  • noimage


    Dövlət Statistika Komitəsinin hesablamalarına görə birinci rübdə hər bir sakinin gəlirləri orta hesabla 5,2 artıb

    Bu ilin birinci rübündə Azərbaycanda hər bir sakinin gəlirləri orta hesabla 5,2 faiz artaraq 583,1 manata çatıb. Rüb ərzində muzdla işləyənlərin orta aylıq əməkhaqqısı isə 4,1 faiz artaraq 304 manat təşkil edib.

    Lent.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, yanvar-mart aylarında əhalinin gəlirlərinin 74,1 faizi son istehlaka, 10,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənməsinə, 14 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunub.

    Arif Vəliyev bildirib ki, fevral ayında sənaye sahələrində çalışanların əməkhaqqı 415,9 manat, tikinti kompleksində 479,2 manat, nəqliyyatda 337,7 manat olub.

    Elxan SALAHOV

    Qaynaq:LENT.AZ
#16.04.2010 13:32 0 0 0