Ekler pirojnası

Son güncelleme: 16.04.2010 14:48
  • Lazım olan ərzaqlar:
    100 qram kərə yağı
    4 yumurta
    180 qram un
    0.5 çay qaşığı duz
    zövqə görə krem (adi və ya bişirilmiş)

    Hazırlanma qaydası:

    250 ml suyu qaynadırsınız,sonra ora yağ,duz əlavə edərək tam qaynamağını gözləyirsiniz.
    Qaynayan suya unu əlavə edərək qarışdırırsınız,təqribən iki dəqiqə bişirirsiniz

    Alınmış kütləni bir az soyutmaq lazımdır.Sonra ora yumurta əlavə edərək yaxşıca qarışdırın,sonra ikinci yumurtanı da əlavə edib qarışdırın.Beləliklə bir-bir bütün yumurtaları əlavə edib yaxşıca qarışdırırsınız.
    Listə ya kalka sərirsiniz,ya da yağ şəkin.Konditer şprisi vasitəsilə xəmiri 10-11 sm uzunluğunda götürərək borucuq şəklində listə qoyursunuz.
    Sobanı 180 dərəcə edərək borucuqların üstü qızılı olanadək qızardırsınız.Təqribən 35-40 dəqiqə vaxt aparır.Sobanın qapağını açmaq olmaz bişən müddətcə.
    Hazır pirojnaların içini yenə də konditer şprisi vasitəsilə kremlə doldurursunuz.Üzərinə əridilmiş şokolad əlavə edərək kokosla bəzəyə bilərsiniz.Çox dadlı və gözəl alınır.
#16.04.2010 14:48 0 0 0