İranlı Bakıda pivə üstündə vəhşicəsinə öldürülüb

Son güncelleme: 28.05.2010 11:55
  • noimage

    Cinayətkar onu baltalayandan sonra, meyitini yandırıb

    Mayın 27-də Bakıda iranlı iş adamı balta ilə qətlə yetirilib. Abşeron rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, İran vətəndaşı olan biznesmenlə onun işçisi olan azərbaycanlı fəhlə arasında spirtli içki üstündə düşən mübahisə ölümlə nəticələnib.

    Hadisə Bakı-Sumqayıt yolunun 16-cı kilometrliyində baş verib. Orada yerləşən avtomobil hissələrinin satışı mərkəzinin rəhbəri, İran vətəndaşı, 51 yaşlı Nasir Paşayi ilə mərkəzin uçmuş divarını təmir edən 41 yaşlı Tahir Məmmədov arasında mübahisə düşüb. Mübahisəyə Tahir Məmmədovun pivə içməsi və Nasir Paşayinin ona pivə içməsinə irad bildirməsi səbəb olub. Spirtli içki üstündə başlayan mübahisə zamanı Tahir Məmmədov balta ilə Nasir Paşayini vurub.

    Məlumata görə, T. Məmmədov İran vətəndaşını öldürdükdən sonra onun cəsədini yandırıb.

    Hadisə barədə məlumat Abşeron rayon prokurorluğuna 28 mayda səhər saatlarında daxil olub. Artıq Tahir Məmmədov tutulub. Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

    Vüqar Baba
    Qaynaq:LENT.AZ
#28.05.2010 11:55 0 0 0