- 3 ədəd yumurta
- 7 xörək qaşığı şəkər tozu
- 1 ədəd portağalın suyu və qabıqları
- 8 xörək qaşığı un
- 1 paket qabartma tozu
Siropu üçün:
- 2 portağalın suyu
- 1 portağalın qabıqları
- 3 xörək qaşığı şəkər tozu
Hazırlanması:
Əvvəlcə yumurtaları, şəkər tozunu 5 dəqiqə mikserlə qarışdırın. Sonra portağal qabığı rəndəsini, unu və qabartma tozunu ələyərək qarışığa əlavə edin, yüngülcə qarışdırın.
Qarışığı keks qəlibini yağladıqdan sonra töküb əvvəldən 175 C nizamlanmış sobada 30-40 dəqiqəyə qədər bişirin.
Bişən keks bir az soyuduqdan sonra qəlibdən çıxardın, soyumağını gözləyin.
Sirop üçün portağal suyunu, qabıqlarını və toz şəkəri qarışdırıb ocağa qoyun, bir az qaynadın. Sirop ilıq olduqdan sonra soyuq keksin üzərinə tökün. Keksi bir az saxladıqdan sonra xidmət etsəniz daha gözəl olar. Nuş olsun.