Toppuş bulkalar

Son güncelleme: 08.06.2010 08:32
  • noimage

    Tərkibi:

    500 ml süd
    11 qr quru maya və yaxud 50-60 qr yaş maya
    1-1,3 kq un
    2 yumurta
    200 qr kərə yağı və ya marqarin
    150 qr şəkər


    İç üçün:


    100 qr şəkər
    2 ç.q darçın


    Toppuş bulkalar (foto resept)

    Hazırlanması:


    Süd isidilir və maya onun içərisində əridilir



    500 qr un əlavə edilib qarışdırılır



    İsti yerə qoyulur,üzəri örtülür.Xəmirin daha tez gəlməsini istəyənlər isti suyun içərisində xəmiri şəkildəki kimi qoya bilərlər



    Xəmir gələrkən, 2 özü boyda olmalıdır

    Gəlmiş xəmirə şəkər əlavə edilib qarışdırlır



    Ardından yumşaldılmış yağ əlavə edilib qarışdırlır



    Sonra da yumurta əlavə edilib qarışdılır



    Yerdə qalan unu (1-1,3 kq-dan) və ya bir az daha un əlavə edilib təkrar xəmir yoğrulur


    Xəmir yenidən gəlməsi üçün isti yerə qoyulur,50-60 dəqiqə vaxt lazımdır



    İç üçün şəkər və darşın tozu qarışdırılır



    Gəlmiş xəmir 3 hissəyə ayrılır və hər biri 3-4 mm qalınlığında yayılır


    Yayılmış xəmirin üzərinə iç səpilir



    Rulet şəklində bükülür,kənarları yapışdırılır



    Rulet 3-4 sm qalınlığında kündələr şəklində kəsilir



    Hər kündə bıçaqla elə kəsilir ki, kəsik sona qədər olmasın



    Sonra kündə tam açılır


    Kəsilmiş kündə bulkalar yağlı kağız və yaxud yağlanmış duxovka listinə düzülür,
    20 dəqiqə daha gəlməsi üçün buraxılır,əvvəlcədən isidilmiş 180 dərəcəlik duxovkada 25-30 dəqiqə bişirilir



    Nuş olsun
#08.06.2010 08:32 0 0 0