Hz.Əlinin kəlamları

Son güncelleme: 28.06.2010 06:00
  • 1.Allah rəhmət etsin o kimsəyə ki öz qədrini bilib həddini aşmaz.

    2.Üzrü təkrar etmək gunahı təzələməkdir.

    3.İnsanlar arasında bir kəsə nəsihət etmək onun üçün danlaqdır.

    4.Ağlı kamil olan kimsə az danışar.

    5.Şəfaət edən kimsə ehtiyac sahibinin qanadıdır(dayağıdır)

    6.Ayrılıq insan üçün zillət və xarlıqdır.

    7.Nadan adamın xoşbəxtliyi zibillikdə olan bağ-bağça kimidir.

    8.Səbirsizliyin məşəqqəti səbr etməyin məşəqqətindən də artıqdır.

    9.İnsan o vaxt azad olur ki öz vədəsinə vəfa edir.

    10.Məkr və hiyləsi gizlin olan şəxs ən böyük düşməndir.

    11.Lazım olmayan şeyi tələb edən şəxs lazım olanı da əldə edə bilmir.

    12.Qiybətə qulaq asan kimsə qiybət edənlərdən biridir.

    13.Tamahkar adam yaramaz olar.

    14.Xalqdan ümidini kəsib Allaha ümidvar olan kimsə rahat olar.

    15.Həris olan kimsə naümid olar.

    16.Çox zarafat edən şəxs nifrət qazanar və ya hörmətsiz olar.

    17.Şəhvət qulu olan kəs satılan quldan da alçaq olar.

    18.Çox adam özünün zərərinə olan şeyə can atar.

    19.Ümidsizlik azadlıqdır xahiş etmək isə qul olmaqdır.
#28.06.2010 06:00 0 0 0