Dəyəri 4 milyard dollar olan layihə baş tutdu

Son güncelleme: 05.07.2010 16:54
  • "Lukoyl" İraq neftinə sahib oldu.



    Rusiyanın "Lukoyl" şirkəti və onun tərəfdaşı olan Norveçin "Statoyl" şirkəti İraqdakı "Qərbi Kurna-2" yatağının işlənməsi üzrə tenderinin qalibi olub. Belə ki, bu yataqdan sutkada 1,8 milyon barel neft hasilatı nəzərdə tutulur.

    Rusiya şirkətinin tenderdə qalib olmasını İraqın Neft naziri Hüseyn Əl Şəhristani elan edib. Tenderdə iştirak edən konsorsiumda "Lukoyl" 85 faiz, "Statoyl" isə 15 faiz paya malikdir. Bu şirkətlərin rəqibləri arasında "Total" və "bp" şirkətləri də olub.

    Qeyd edək ki, 6 milyard barel neft ehtiyatına malik olan bu yataq dünyada ən iri neft yataqlarından biri sayılır. Hasilatın pay bölgüsü sazişinin müddəti 2020-ci ilə qədərdir. Layihənin dəyəri 4 milyard dollar qiymətləndirilib.

    Xatırladaq ki, 1997-ci ildə "Lukoyl" yataqda işlərə başlasa da, ölkədə baş verən hadisələr bunu davam etdirməyə imkan verməmişdi.
#05.07.2010 16:54 0 0 0