Bakıda temperatur 39 dərəcəyə çatacaq

Son güncelleme: 07.07.2010 11:49
  • noimage




    Böyük Qafqazın bəzi rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var

    İyulun 7-də Bakı və Abşeron yarımadasında hava günəşli olacaq, şimal-qərb küləyi arabir yarımadanın bəzi yerlərində güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, havanın temperaturu gündüz 34-37, axşam 26-28, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

    İyulun 8-də hava az buludlu olacaq, şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 25-28, gündüz 34-37, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

    İyulun 9-da şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 25-28, gündüz 35-39 dərəcə isti olacaq.

    İyulun 10-da şimal, şimal-şərq küləyi əsəcək, günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 25-28, gündüz 35-37 dərəcə isti olacaq.

    Azərbaycanın rayonlarında iyulun 8-də hava yağmursuz keçəcək. Lakin 8-də gecə və axşam Böyük Qafqazın bəzi rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27, gündüz 35-40, dağlarda gecə 15-19, gündüz 26-31 dərəcə isti olacaq.

    Bölgələrdə iyulun 9-10-da hava yağmursuz olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 22-27, gündüz 35-40, dağlarda gecə 15-19, gündüz 27-32 dərəcə isti olacaq.
    LENT.AZ
#07.07.2010 11:49 0 0 0