6 ədəd yaşıl pomidor
5 şorba qaşığı kərəyağı
2 su stəkanı su
400 qr qıyma
3 ədəd soğan
1 çay stəkanı düyü
4 ədəd pomidor
1/2 dəstə şüyüd
Kifayət qədər duz və qara bibər
Hazırlanması
Soğanları incə incə doğrayın.
2 şorba qaşığı kərəyağını əridib soğan və qıymanı qovurun.
Rəndələnmiş pomidorları əlavə edib az atəşdə bir neçə dəqiqə bişirin.
Duz, qara bibər və təmizlanmiş şüyüdü əlavə edin.
Digər tərəfdə düyünü yuyub isti suda saxlayın.
Yaşıl pomidorların təpəsini qapaq şəklində kəsin.
Qaşıq köməyiylə pomidorların ağızı zədələmədən içlərini oyaraq çıxarın.
Suyunun süzülməsi üçün pomidorları tərs bağlayaraq 5-6 dəqiqə gözləyin.
Qıymalı qarışığa süzülmüş düyünü əlavə edin.
Hazırladığınız dolma içliyini yaşıl pomidorların içinə doldurun.
Dərin bir qazana yan-yana düzüb pomidorların yarısına çıxacaq qədər su və əridilmiş 3 şorba qaşığı kərəyağını əlavə edin.
Qazanı orta hərarətli atəşə yerləşdirib pomidorlar yumşalana qədər bişirin.
İsti olaraq süfrəyə təqdim edin.