O gecənin gözüdü
Yuxusu gəlməyən yenə o ağ pəncərə
Mənim bu dünyada ümüdlərimtək,
Ölən arzularıma kənardan baxan,
Hələ də sağ pəncərə
O gecənin gözüdü
Payızlar ağladır gedir
Qışın da sərt olur ona hər halı
Sən onda yaşayan dözümə baxsan
Tükənmir xəyalı, tükənmir xəyalı
Hər gecə bir otaq sirrinden deyir
Bir qəlbin hər gecə sətirə düzüb
Sənə yetişməyən şerindən deyir
Qəmə çıraq pəncərə
O qaçaraq pəncərə
Aparib gedir,
Gözümün cəkdiyi yol ilə məni...
Bu kədərli bu bəlalı başımı
Necə tufanlara salır bir bilsən
Deyirki gələcəksən!
Sən mütləq gələcəksən!
Oyaq gözlərimizin sabahı kimi
Bu şəhər içində gizlənə bilən
Qismətin düzülən günahı kimi
Sən gələcəksən!
Qınaqlı baxışı batar gözünə
Önündə əriməz dərd dağı kimi
Dayanacaq pəncərə
Qinayacaq pəncərə
Mənin gözlərim...
Sənin əllərin...
Görüşüb keçər.
Bu qədər yaxına gəlib ömrümüz
Ötüşüb keçər
Var edər bizi,
Var olan sevginin yanaqlarında
Mən bilirəm, bilirəmki Divanə
Dinəcək günahkar dodaqlarında...
Canlanacaq pəncərə
Can alacaq pəncərə
***
Bir gün...
bu dünyadan köçəcəm sənsiz
Yüz ölçəcəm bu yolları,
Bircə dəfə, biçəcəm sənsiz
Göz dolusu əksinə baxıb gedəcəm
Sanma bu aləmdə sevilməz oldun
Könlümü köksünə taxıb gedəcəm
Yaşayacaq pənəcərə
Yaşayacaq pəncərə...