1/2 bayat çörək
Un
1 stəkan süd
1 yumurta
7-8 dilim pomidor
1 diş sarımsaq
Cəfəri
1 balaca stəkan döyülmüş qoz
Toz qırmızı bibər
Qurudulmuş nanə
Qara bibər
Duz
Hazırlanması:
Bayat çörəyi əlimizlə kiçik parçalara bölək. Üzərinə südü əlavə edərək əlimizlə yoğurub parçalamağa başlayaq. Yumurtanı bir qabda çırpaq və yarısını çörəklərə əlavə edək. Cəfəriləri balaca-balaca doğrayaq. Quru pomidorları da. Sarımsağı və qozları döyək. Hamısını yoğurduğumuz çörəklərə əlavə edək. Sonra unu əlavə edərək xəmiri əlinizə yapışmayan bir hala gətirə bilərsiniz. İstədiyimiz qədər ədviyyatları və duzu da qatıb yoğurduqdan sonra xəmirdən hissələr qoparıb qoz böyüklüyündə küftələr yumrulayaq. Yumruladığımız küftələri əvvəl ayırdığımız çırpılmış yumurtaya ,sonra una bulayıb qızmış yağda qızardaq. Bişən küftələri xidmət götürüb üzərlərinə "dişqurdalayan" batıraq və krem pendirlə birlikdə isti-isti yeyək.