Ürəyin dostu nədir - Qırmızı soğanın faydaları - Qırmızı soğan ürək dostudur
Qırmızı soğan infarkt, insult kimi xəstəliklərdən qoruyur.
Qırmızı soğan ürək xəstəliklərinin qarşısını ala bilər. O, infarkt, insult kimi xəstəliklərə səbəb olan xolestrolun bədəndən çıxarılmasına, ürəyi qoruyan maddələrin isə bədəndə saxlanmasına imkan verir.
Bu nəticəyə Çinin Honqkonq Universitetinin alimləri apardıqları uzun müddətli araşdırmalardan sonra gəliblər. Tədqiqata Çjen Yu Çen adlı alim rəhbərlik edib.
Onlar ilk təcrübəni dağ siçanları üzərində aparıblar. Bol xolestrollu qidalar qəbul edən heyvana qırmızı soğan yedizdirilib. Səkkiz həftədən sonra onun orqanizmində pis xolestrolun, eləcədə ürək xəstəliklərinə səbəb olan aşağı kaloroli lipoprotein miqdarı 20 faiz azalıb. Ancaq bu müddət ərzində dağ siçanlarının qadında olan yüksək kalorili lipoproteində isə dəyişiklik qeydə alınmayıb.
Qeyd edək ki, qırmızı soğanın faydaları bundan öncədə təsdiqlənib. Mütəxəssislərin fikrincə, bu məhsul xərçənglə mübarizədə, öskürəyin qarşısının alınmasında və soyuqdəymədə əvəzsiz dərmandır.