Mənə Əlvida de

Son güncelleme: 23.10.2010 19:59
  • Mənə Əlvida de Seiri - Azerice Seirler
    Mənə əlvida de!
    Özün..., özün burax məni...
    Sevgin nə qədər böyük olsa belə ac əllərini...
    Sevdiyin, rənglərinə heyran olduğun bir kəpənəyi istəməsən belə havaya uçurduğun kimi...
    İsti, qızılı rəngli qum zərrələrini barmaqların arasından ələdiyin kimi...
    Burax məni!

    Əlvida de!
    Qəlbin yansa da, icində bir səs "yox" desə də...
    Sonu sevinclə bitməyən bir məhəbbət sənə gərəkdirmi?
    Sən söylə!
    Mənimsən - de...
    Məni ki sənə inanıram...
    Deyə bilmirsən...

    Əlvida de...
    Məni səndən, səni məndən yaxşı kim tanıya bilər ki...
    Qəfəsdəki bir quşcuğaza qıymadığın kimi mənə də qıyma...
    Qəlbimin səni daha artıq, daha çox sevməməsi üçün...
    Mənə danışdığın bir nağıldır...
    Bu sevgi nağılımızın heç zaman bitməməsi üçün...

    Qoy Göylər də, Yerlər də səni sevdiyimə şahid olsun!
    Qoy məni səndən alan Həyat utansın!
    Məni sənin taleyinə gecikdirən Zaman dayansın!
    Hər şeyin nə mənası...
    Bir mən və bütün dünyan! -
    Sən bu tənliyin öhdəsindən elə gələ bilərsənmi ki, sonunda Sən və Mən qalaq?
    Yox...
    Onda unut məni!
    Əlvida de!
    Əlvida!

    Alıntı...

#23.10.2010 19:59 0 0 0