Qızların Oğlanlarda bəyənmədiyi cəhətlər

Son güncelleme: 27.10.2010 22:12
  • Çirkli dırnaqlar

    Qızların oğlanda ilk diqqət etdikləri yer əlləridir. Dırnaqlarının içində və qıraqlarında çirk olan əli kim tutmaq istəyər ki? Bəzi oğlanlar hələ də dırnaqlarını yeyir

    Tər iyisi

    Bir oğlan bir qızın diqqətini xoş iyisi olan ətirlə de çəkə bilər. Qızlar təmiz oğlanı sevir. Köynəyinde qolunun altı böyük 1 sahədə islaq olan oğlanın heç 1 şansı yoxdur! Qadın ətrinin iyini verən, ya da ucuz ətir olduğundan başgicəlləndirici qoxuya sahib ətirlərdən uzaq olun.

    Ağızdan gələn iy

    Qızlara nisbətən oğlanlar ağızlarından hansı iy gəldiyi ilə o qədər də maraqlanmırlar. Bunun səbəbi mədə xəstəliyi ya da ağızdakı çürük diş ola bilər (Eger hemin iy sarımsaq, soğan, siqaret, içki, yemək iyisi kateqoriyasındandırsa xatırladım ki, saqqız çoxdan icad edilib .. size qulaq asana yazığınız gəlsin.)

    Özündən razı

    Adam bu qədər də özündən razı olar? Elediyiniz ve eləmədiyiniz hər şeyi orda-burda danışmaq mecburiyyətindəsiniz? Hələ 1 də sizi bu qədər çox sevən qıza özünüzü az tərifləyin alçaq dağlar çoxdan yaranıb!

    Qızıl

    Varlı oğlanlar qızları cəlb edir, bes qızıl taxan oğlanlardan xoşu gelen qız görmüsünüz? Qalın qızıl üzük, bəzən üstündə də brilliyat qaşlar, qalın tros seplər ("zinet"- "qadına məxsus" deməkdir.) Qızıl dişlərin ise vaxtı çoxdan keçib

    Balkon kimi qarın

    Yekə qarın var-dövlət göstəricisi yox, xəstəlik əlamətidir.

    Uzun bığlar

    əvvəllər Koroğlunun bığlarına dastanlar yazılardı Amma o dövr çoxdan keçib! Səliqe ilə ve qısa kəsilmiş bığ ve saqqal bəlkə də sifətə yaraşıq verər, amma uzun bığlı adamın 1 xanımın yanında ayran içmesi xanımın üreyini qaldırmağa bəs edər.

    Tökülüb itir

    Köynəyinin ətəyinin yarısı şalvarının içinde yarısı çölde olması hansı ilin stili olub ki? Corablardan gelen iyden söhbet açmadan deyim ki, ibtidai sinif uşaqları görkəmində gəzməyiniz xoş deyil.

    Pult xəstəliyi

    Fərqi yoxdu nəyin pultudu: TV-nin, kondisionerin, qapının. Elə bil pult "ancaq kişilər üçündür" yazışı ile kəşf olunub

    Kürək və beldəki tüklər

    Tüklər belkə də isinmək üçün 1 işə yarayırlar, amma heç 1 qız tük yumağını qucaqlayıb yatmaq istəməz.


    Və digər səbəblər

    Kabluklu ayaqqabı geyinən, jelenin içinde üzən, bədənə yapışan "body" tipli mayka geyinən, sarı dişli, bütün günü şak-şak-şak təsbeh çevirənləri isə ayrıca qeyd etmək lazımdı.
#27.10.2010 22:12 0 0 0