Bu gün saat 18:30 radələrində Bakı-Sumqayıt yolunda, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında "Kamaz" yana aşıb.
Respublika Dövlət Yol Polisi İdarəsinin növbətçi hissəsindən Lent.az-a verilən məlumata görə, "Kamaz"ın aşmasının səbəbi taxta materialları ilə çox yüklənməsi və yolun eniş olmasıdır.
Tələfat yoxdur. "Kamaz"ın aşması nəticəsində Bakı-Sumqayıt yolunda avtomobillərin böyük tıxacı yaranıb. Hazırda yolun açılması istiqamətində işlər görülür.