Xaçmaz rayonunda intihar hadisəsi baş verib. Yanvar ayının 2-də Xaçmaz rayonu, Tağaroba kənd sakini, 38 yaşlı Akif Şərifovun meyiti kənd qəbiristanlığından tapılıb.
Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, mərhum özünü qəbiristanlıqda ağacdan asıb. Onun həyat yoldaşı ilə arasında məhkəmə çəkişməsi olduğu bildirilir.
Mərhumun iki övladı var.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda cinayət işi açılıb.