Çivzələrə sızanaqlara qarşı ən sadə 5 resept

Son güncelleme: 19.04.2013 11:18
  • Saytdakı xanımların çoxunun yeniyetmə və gənc olmasını nəzərə alaraq bu gün çivzələrə qarşı reseptlərdən söz açacağıq.Əslində bu problem hər yaşda qadınların problemi sayıla bilər.

    noimage



    1-ci resept:

    Lazım olanlar:

    1) 100 qr. Spirt

    2) 6 ədəd aspirin

    Hazırlanması:

    Aspirinlər əzilir və spirtlə qarışdırıldıqdan sonra 3 gün saxlanılır.Bu qarışıq üz dərisinə hər gün çəkilir.



    2-ci resept:

    Lazım olanlar:

    1) 1\2 fincan pomidor suyu

    2) 1\2 fincan qliserin

    3) 1\2 fincan spirt

    Hazırlanması:

    Hər üçü bir şüşə qaba doldurulub yaxşı çalxalandan sonra hər gün üzə çəkilir.



    3-cü resept:

    Lazım olanlar:

    1) Təzə qoz

    Hazırlanması:

    Təzə qozun qabıqlarının suyu çıxarılaraq sızanaq üzərinə sürtülür.



    4-cü resept:

    Lazım olanlar:

    1) 1 çay qaşığı ağ toz gil

    2) 1 çay qaşığı Hidrogen Peroksid

    3) 1 ədəd antibiotik (tabletka)

    Hazırlanması:

    Antibiotik toz halına gətirilir.Gil və Hidrogen Peroksid əlavə edilib qarışdırılır.Üz dərisi təmizləndikdən sonra çivzələr üzərinə sürtülüb 30 dəqiqə saxlamaq lazımdır.5 gündən sonra təsiri hiss ediləcək(Hər gün edilməlidir).



    5-ci resept:

    Lazım olanlar:

    1) 1 ədəd soğan

    2) 1 xörək qaşığı yaşıl gil

    3) 1\2 limon suyu

    Hazırlanması:

    Soğan bişirilib mikserdən keçirilir.Gil limon suyunda əridilib (özü limon suyuna qarışır) soğanla qarışdırılır.Bu qarışıq sızanaqlı dəriyə maska kimi sürtülür.

    Hamınıza daim gözəl qalmağı arzulayıram...
    Müəllif: Gulshen_q
#03.01.2011 12:57 0 0 0
  • məsləhətə görə cox sag olun
#17.05.2011 10:11 0 0 0
  • xeyir edir?
#19.04.2013 11:18 0 0 0