Xumar Qədimova üsyan etdi

Son güncelleme: 06.01.2011 11:12
  • noimage

    Müğənni Xumar Qədimova da "facebook" sosial şəbəkəsinin aktiv istifadəçilərinin zarafatına məruz qalıb. Sözügedən şəbəkədə müğənninin rəsmi səhifəsi açılıb, səhifədə onun şəxsi fotoları yerləşdirilib.

    Sənətçi Lent.az-a açıqlama verərək, "facebook"dan istifadə etmədiyini bildirib. Müğənni Xumar Qədimova səhifəsi ilə dostluq edənləri həmin istifadəçidən şikayət etməyə çağırıb: "Əgər həmin şəxsin mən olduğunu düşünüb, dost olmaq fikrinə düşmüşsünüzsə, onda dostluğunuzu sübut edin, o səhifəni şikayət edin!"
#06.01.2011 11:12 0 0 0