Bakıda narkotik satan dəstə zərərsizləşdirilib

Son güncelleme: 06.01.2011 11:16
  • noimage


    Bakıda narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan dəstə zərərsizləşdirilib.

    Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, dəstə üzvləri narkotik vasitə olan heroini satarkən ələ keçiblər.

    Əməliyyat zamanı Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Bəhruz Cabbarov, İlham Səlimov və Aleksey Şarıqin tutulub.

    Saxlanılarkən onlardan heroin götürülüb. Araşdırma aparılır.


    Nizam Rza

    Qaynaq: Lent.az
#06.01.2011 11:16 0 0 0