Rəqqasə Fatimə cərimələndi

Son güncelleme: 08.01.2011 08:50
  • noimage

    O, Dövlət Sosial Müdafiə Fonduna 1431 manat ödəməlidir

    1 saylı Bakı İqtisad Məhkəməsində Nərimanov rayon Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəqqasə Fatimə Fətəliyeva (göyçək Fatimə) qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb.



    Məhkəmədən APA-ya verilən xəbərə görə, prosesdə DSMF-nun iddiası təmin olunub. Məhkəmə borcun ödənilməsi barədə qətnamə çıxarıb. Qətnaməyə əsasən rəqqasə Fatimə sözügedən quruma olan 1431 manat borcunu ödəməlidir.

    Qeyd edək ki, Nərimanov rayon DSMF-u aylıq sosial sığorta haqqını ödəmədikləri üçün
    şou-biznesinin üç tanınmış simasını - Vasif Məhərrəmli, rəqqasə Fatiməni və Xatirə İslamı məhkəməyə vermişdi. Müğənni Vasif Məhərrəmli qarşı olan iddia əsasında məhkəmə prosesi başa çatıb və məhkəmə müğənninin iddiada göstərilən borcu (1431 manat) ödəməsi barədə qərar qəbul edib.

    Müğənni Xatirə İslam isə borcunun ödəyəcəyinə söz verib və Nərimanov rayon DSMF-u iddiasını geri götürüb.
#08.01.2011 08:50 0 0 0