Moskvada azərbaycanlını qarnından güllələyiblər

Son güncelleme: 13.01.2011 12:58
  • noimage

    Rusiyanın paytaxtı Moskvada sutka ərzində Qafqaz əsilli iki şəxs hücuma məruz qalıb.

    Lent.az-ın məlumatına görə, bu haqda hüquq-mühafizə orqanlarından "İnterfax"a bildirilib.

    Hücuma məruz qalanlardan biri azərbaycanlı, digəri isə ermənidir. Həmyerlimiz küçə münaqişəsi zamanı qarnından güllələnib. Ermənistanlını isə bir qrup şəxs döyüb.

    Xəstəxanaya çatdırılan azərbaycanlıya travmatik silahdan atəş açılıb. Təcili yardım həkimləri zərərçəkəni Moskvanın şərqindəki Şelkovski döngəsində halsız vəziyyətdə tapıblar. Əməliyyatçılar onun ad və soyadını müəyyənləşdirsələr də, açıqlamayıblar. Hazırda onlar həmyerlimizin vətəndaşlığını müəyyənləşdirməyə və digər fərdi məlumatlar toplamağa çalışırlar.

    Zərərçəkən küçə mübahisəsi zamanı yaralandığını bildirib. Azərbaycanlının sözlərinə görə, gecə saat 1:00 radələrində naməlum şəxs onun qarnına atəş açaraq gizlənib.

    Qaynaq:lent.az
#13.01.2011 12:58 0 0 0