Temperatur ilə bağlı doğru bildiyiniz yalnışlar

Son güncelleme: 17.01.2011 23:47
  • noimage

    Bədən istiliyinin gündəlik oynamalarının üzərinə çıxması, 'atəş' olaraq təyin olunur. İnfeksiyalar atəşin ən tez rast gəlinən səbəblərindən biridir.
    Bədən istiliyi şərtlərə görə dəyişir. Uşağınızın bədən istiliyi sizə, hər zamankından daha isti gəlirsə, ölçü götürmək lazımdır. Cildinin isti olması, hər zaman uşağın atəşi olduğu mənasına gəlmir. Uşağın bədən istiliyinin yaş, xəstəliklər, fəaliyyət, günün müxtəlif zamanları, ətraf istiliyi və üzərindəki geyimlərə bağlı olaraq dəyişə bilər.
    0-3 yaş arasındakı istiliyə Diqqət!
    "İstiliyin nə qədər yüksək olduğu, xəstəliyin ağırlığını göstərmir. Uşaqlarda atəşin ən sıx ortaya çıxma səbəbi olan sadə infeksiyalar 39-40 dərəcə atəşə belə səbəb ola bildiyi halda, bəzi ciddi xəstəliklər çox yüksək atəşə gətirib çıxarmaya bilər. 0-3 ay arası körpələrdə, normalın üstündə ölçülən bir bədən istiliyi (dəyəri neçə olursa olsun) varsa, dərhal həkimə aparmaq lazımdır. Daha böyük uşaqlarda isə, əvvəlcə uşağın ümumi vəziyyətinə diqqət yetirilməlidir. Əgər uşaq oyaq, aktiv, oynaq, iştahlı, yuxusunda problemsiz və nəfəs almada problemsizsdirsə qorxmağa ehtiyac yoxdur.

    İstiliklə əlaqədar doğru bilinən səhvlər:
    * Spirt və sirkə ilə bədəni silmək.
    * Üşüyə biləcəyi qorxusuyla uşağın geyimlərini çıxarmamaq, hətta onu daha çox geyindirmək.
    * Uşağa çox isti və ya çox soyuq içkilər vermək.
    * Uşağa soyuq duş aldırmaq. (Soyuq yerinə ilıq duş lazımdır.)
#17.01.2011 23:47 0 0 0