Tərkibi.
500 qr qoyun əti
200 qr quyruq
200 qr yumru düyü
100 qr kərə yağı
2 ədəd soğan
300 qr təmizlənmiş şabalıd
1 orta boy kələm
1x.q tamat
keşniş,şüyüd
nanə qurusu
duz,istiot
Hazırlanması.
İlk öncə kələmin baş hissəsi təmizlənir,və yarpaqları isti suda bir az bişiririk.
Şabalıd xırda-xırda doğranılır.
Ət,quyruq,soğan ət maşınından çəkilir,üzərinə düyü,göyərti,şabalıd,tamat,duz,istiot,və yağ əlavə edilir və yaxşıca qarışdırılır.
Sonra dolmaları səliqə ilə büküb, qazana yığıb bişiririk.