Ləkələrə qarşı ən sadə 5 resept

Son güncelleme: 18.01.2011 14:38
  • noimage

    1-ci resept:

    Lazım olanlar:

    1) 1 xiyar

    Hazırlanması:

    Soyuducuda qalıb saralmış bir xiyar iki yerə bölünüb ləkələrə sürtülür.Bunu hər gün, ya da həftədə 3 gün edə bilərsiniz.Ləkələrin nə qədər açıldığını görəcəksiniz.



    2-ci resept:

    Lazım olanlar:

    1) 1 çay qaşığı ammonyak

    2) 1 çay qaşığı peridrol

    3) 1 çay qaşığı təmiz su

    4) 1 çay qaşığı sabun

    Hazırlanması:

    Işlənməmiş sabun rəndələnir və digər ləvazimatlarla qarışdırılır.Dərinin həssaslığını yoxlamaq üçün əvvəlcə əl üzərinə çəkin.Sonra ləkələrin üzərinə sürtüb bir az gözləyəndən sonra çox su ilə yuyulur.Həftədə 1 dəfə etmək lazımdır.(Bunu etdikdən sonra günəşə çıxılsa gündən qorunma vasitələr istifadə edilməlidir.)



    3-cü resept:

    Lazım olanlar:

    1) 1 alma

    2) 1 şaftalı

    3) 1 çimdik şəkər tozu

    4) 5-6 ədəd qara üzüm

    5) 4 xörək qaşığı şərab

    Hazırlanması:

    Meyvələr mikserdən keçirilib bir bankaya qoyulur.Şəkər və şərab üzərinə əlavə edilir.Qapalı və soyuq yerdə 10 gün saxlanılır.Sonra süzülüb şüşə qaba qoyulur.Hər gün dəriyə sürtülüb 30 dəqiqə sonra yuyulur.Ləkələri yox edəcək.(Bu qarışıq təbii meyvə turşusudur)



    4-cü resept:

    Lazım olanlar:

    1) 2 çay qaşığı sirkə

    2) 1 çay qaşığı limon suyu

    3) 1 çay qaşığı su

    Hazırlanması:

    Qarışdırıldıqdan sonra dəri hər gecə pambıqla silinir.Səhər yuyulur.



    5-ci resept:

    Lazım olanlar:

    1) 1 ədəd pomidor suyu

    2) 1 xörək qaşığı kartof unu (nişasta )

    3) 3 damla zeytun yağı

    Hazırlanması:

    Qarışdırılır və çiyinlər, boğaz, sinə də daxil olmaqla bütün ləkələrə 20 dəqiqə sürtülür
#18.01.2011 14:38 0 0 0