Havanın hərarəti 14 dərəcəyə kimi qalxacaq

Son güncelleme: 25.01.2011 07:23
  • noimage

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 25-də Bakıda və Abşeron yarımadasında 25-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur.

    Cənub-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-6, gündüz 10-14 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarına gəlincə, yanvarın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimal olunur. Cənub küləyinin əsəcəyi, əsasən dağlıq ərazilərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti təşkil edəcək.

    qaynaq:lent.az
#25.01.2011 07:23 0 0 0