Elmar Məmmədyarovla Hillari Klinton görüşdülər

Son güncelleme: 07.02.2011 01:42
  • noimage

    Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün Münhendə keçirilən 47-ci Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ABŞ-nın dövlət katibi Hillari Klinton arasında görüş keçirilib.

    Azərbaycan XİN-in mətbaut xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə tərəflər Ermənistan-Azərbaycan Daşlıq Qarabağ münaqişəsi məsələsini ətraflı müzakirə ediblər.

    E. Məmmədyarov münaqişənin həllinə dair Azərbaycan tərəfinin mövqeyini amerikalı həmkarına çatdırıb, öz növbəsində xanım Klinton məsələnin həllində irəliləyiş əldə edilməsi vaxtının çatdığını deyib.

    H. Klinton Əfqanıstanda terror əleyhinə əməliyyatlarda verilən töhfəyə görə, Azərbaycan tərəfinə ABŞ-ın minnətdarlığını bir daha çatdırıb.

    Tərəflər ikitərəfli, regional, enerji məsələləri, Yaxın Şərqdə gedən proseslər və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

    Qaynaq: Lent.az
#07.02.2011 01:42 0 0 0