Yolka Salatı

Son güncelleme: 13.02.2011 13:59
  • Yolka salatı tarifi - salat resepti

    noimage

    İstifadə olunacaq ərzaqlar:

    1. toyuq döşü-200qr

    2. kartof-4 ədəd

    3. kök-1 ədəd

    4. yumurta-4 ədəd

    5. holland pendiri-200 qr

    6. konservləşdirilmiş qarğıdalı bir balaca banka

    7. 1 ədəd soğan (mən göy soğan əlavə etdim)

    8. şüyüd, duz, istiot

    9. Mayonez

    Hazırlanması:

    Toyuq, kök,kartof,yumurta suda qaynadılır. Kartof, yumurta və kök rəndədən keçirilir. Aşağıda yazılan ardıcıllıqla qaba düzülür:

    1. 1-ci qat Kartof+duz+mayonez


    2. 2-ci qat Soğan+mayonez

    3. 3-cü qat-Toyuq xırda doğranılır+duz+mayonez


    4. 4-cü qat Yumurta+duz +mayonez


    5. 5-ci qat kök+qarğıdalı+mayonez

    6. 6-cı qat Holland pendiri

    Sonda xırda doğranmış şüyüd ilə salatın üzəri ağ yer qalmamaq şərti ilə bəzədilir, üzəri yolka zəri kimi qarğıdalı və kvadrat şəkilində doğranmış köklə şəkildəki kimi bəzədilir.



    Və salatımız hazırdır. Çox dadlı salatdır. Nuş olsun
#13.02.2011 13:59 0 0 0