Hər Gün Bir Ovuc Qoz

Son güncelleme: 10.03.2011 02:34
  • Hər Gün Bir Ovuc Qoz

    noimage

    Prostat xərçənginin qarşısını alan meyvə

    ABŞ-da aparılan araşdırma zamanı hər gün bir ovuc qoz yeməyin xərçəngli hüceyrələrin böyüməsini zəiflətdiyi məlum olub.

    Siçanlar üzərində aparılan araşdırma nəticəsində Omega-3 və digər sağlam komponentlərə malik olan qozun prostat şişinin böyüməsini yavaşlatdığı, eyni nəticənin insanlarda da ortaya çıxma ehtimalının yüksək olduğu ortaya çıxıb.


    Kaliforniya Universitetində aparılan araşdırmanı idarə edən Paul Devisin sözlərinə görə, qoz yeyən siçanlarda xərçəngli prostat şişləri parçalayır, xəstə hüceyrələrin böyüyərək yayılmasında zəifləmə müşahidə olunur. P.Devis ən ölümcül xərçəng növünün ikincisi olan prostat xərçənginə tutulmamaq üçün hər gün ən azı 14 qozla yanaşı kifayət qədər meyvə və tərəvəz yeməyin vacib olduğunu bildirib.



    Menbe
#10.03.2011 02:34 0 0 0