Cökə və faydaları

Son güncelleme: 14.03.2011 00:02
  • noimage

    Cökə - Cökə ağacının çiçəklərindən əldə edilir.

    Cökənin faydaları: Sinirləri sakitləşdirir və rahatlaşdırır. Qan dövranını tənzimləməyə köməkçi olur. Yuxusuzluğu və daxili gərginliyi aradan qaldırmağa yardımçı olur. Aybaşı ağrılarını yüngülləşdirərək daha asan keçməsini təmin edir. Həzmə kömək edir. Sidik qovucudur. Bağırsaq və böyrəkləri təmizləyir. Böyrək daşlarını və qumlarını tökməyə kömək edir. Qan azlığını aradan qaldırır. Saç tökülməsini azaldır. Bədəni tərlədərək bədəndəki zərərli maddələrin uzaqlaşdırılmasını təmin edir. Soyuqdəymə və qripə yaxşı təsir göstərir. Sinəni yumşaldır, bronxları açır və bəlğəmdən azad edir. Revmatizm xəstəliyinə müsbət təsir edir.

    Cökədən necə istifadə etməli: Cökə əsasən çay şəklində qəbul edilir. Bunun xaricində dəri baxımı üçün də istifadə edilə bilər. Cökə çiçəyinin qaynadılmış suyu duş suyuna əlavə olunsa sinirləri sakitləşdirər və dərini yumşaldar. Cökə dəriyə parlaqlıq verir, gücləndirir və dərinin yenilənməsinə kömək olur.
#14.03.2011 00:02 0 0 0