Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova gənc ifaçı qızı Aynişanla duet oxuyacaq.
Bu barədə Lent.az-a əməkdar artistin özü məlumat verib. Müğənni deyib ki, duet üçün klassik Azərbaycan musiqisinə müraciət edəcəklər: "Mahnını yeni interpretasiyada oxuyacağıq. Mən milli ruhda, Aynişan isə Qərb üslubunda mahnıya yeni nəfəs verəcəyik".
A. Haşımova onu da əlavə edib ki, mahnının Bakıda təqdimatı olacaq, ölkə xaricində planlaşdırılan konsertlərdə səslənəcək.