Azərbaycan Prezidenti Gürcüstanın müdafiə nazirini qəbul edib

Son güncelleme: 17.05.2011 01:09
  • noimage

    Prezident İlham Əliyev Gürcüstanın müdafiə naziri Baçana Axalayanı qəbul edib.

    Lent.az Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir Baçana Axalaya Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarını dövlətimizin başçısına çatdırıb. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, müdafiə sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Dövlətimizin başçısı Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstan dövlətinin başçısına çatdırmağı xahiş edib.
#17.05.2011 01:09 0 0 0