Qumara həvəsi ilə tanınan, uzun illər qumar masasında uduzduğu böyük miqdarda pullarla gündəmdən düşməyən Türkiyənin məşhur müğənnisi Sərdar Ortacın bu dəfə üzü gülüb.
Lent.az-ın "haberturk.com" saytına istinadən verdiyi məlumata görə, müğənni Şimali Kiprdəki "Cratos Premium" otelində qumar zamanı 500 min lirə (təxminən 250 min manat) udub. Sərdar Ortacın qumarda böyük miqdarda pul udduğu üçün çox xoşbəxt olduğu bildirilir.