Tehranda keçiriləcək terrorizmlə mübarizə məsələlərinə həsr edilmiş beynəlxalq konfransa bir çox ölkələrin dövlət və hökumət başçıları dəvət olunub.
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhrami bildirib.
Səfir Azərbaycan və Ermənistan prezidentlərinin də tədbirə dəvətli olduqlarını qeyd edib. O, ABŞ və İsraildən konfransa heç kimin dəvət olunmadığını vurğulayıb: "Çünki bu dövlətlərin özləri terroru dəstəkləyir".