Rusiya Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşdülər

Son güncelleme: 12.06.2011 23:02
  • Mövqeləri yaxınlaşdırmaq mümkün olub

    Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan iyunun 11-də Moskvada işgüzar görüş keçiriblər.

    APA-nın verdiyi xəbərə görə, Azərbaycanın Rusiyadakı səfirliyindən bildiriblər ki, müzakirə zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsiplərinə dair əsas məsələlər üzrə mövqeləri yaxınlaşdırmaq mümkün olub. Bu sənədin layihəsi bu ilin iyun ayının sonunda növbəti üçtərəfli zirvə toplantısında müzakirə olunacaq.

    Xatırladaq ki, bu görüş hər üç ölkənin prezidentlərinin iyunun 25-də Kazanda keçiriləcək görüşünə hazırlıq məqsədi daşıyırdı.

    Qaynaq:Lent.az
#12.06.2011 23:02 0 0 0