Soğanlar orta boyda doğranır,yağda rəngi dönənə kimi qovrulur,bibərlər də eyni boyda doğranın əlavə edilir və qovrulmağa davam edilir.
Toyuq filesi xırda-xırda doğranıb tavaya əlavə olunur.
Badımcanlar doğranıb acı suyu çıxarılır və tavaya əlavə olunur, bişirməyə davam edilir.
Pomidorlar da doğranıb tavaya əlavə olunur.
Ən sonda kartofu doğrayıb tavaya əlavə edirik,üzərinə bir xörək qaşığı tomatı yarım stəkan suda həll edib yeməyimizə əlavə edirik.Duz,istiyot vurub 20-25 dəqiqə vam odda bişiririk.