Depressiya damarları da çürüdür

Son güncelleme: 09.07.2011 17:43
  • Depressiya - Depressiya damarları da çürüdür

    "Web MD"yə istinadən bildirir ki, depressiyada olan insanlar çox siqaret çəkir, məşq etmir, zərərli qidalar yeyirlər. Bütun bunlar periferik arteriyalarda problemlər yaratmaqla yanaşı, ürək-damar xəstəliklərinə də səbəb olur.

    Qrenonun başçılıq etdiyi qrup ürək xəstəlikləri olan 1018 insanı 7 il ərzində müşahidə edib.
    Araşdırmaların əvvəlində depressiyalı adamların 12 faizində periferik arteriyaların xəstəlikləri vardı. Depressiyası olmayan şəxslərdə isə bu göstərici 7 faizə bərabərdi.

    Depressiyaya gənc qadınlar arasında daha çox rast gəlinib.
    Depressiyalı insanların 7 faizi və depressiyası olmayanların 5 faizi tədqiqat zamanı periferik arteriya xəstəlikləri (PAX) ilə bağlı prosedurlardan keçiblər.

    PAX zamanı bir qayda olaraq ayaq və omba damarları zədələnir. Nəticədə ağrı çəkən adam gəzməkdə çətinlik çəkir.
    Depressiyaya gəldikdə isə, alimlər bu bəlanın periferik arteriya xəstəliklərinin səbəbi, yaxud da nəticəsi olduğunu dəqiq müəyyənləşdirə bilməyiblər.

    Dəqiq bilinən budur ki, depressiyanın müalicəsi periferik arteriya xəstəsi olanlara müsbət təsir edir.

    Alıntı..
#09.07.2011 17:43 0 0 0