Dünya alimləri adi bir soğanın tərkibində insan səhhətinə nə qədər xeyirli cəhətlər olduğunu tapıb, kəşf ediblər. Rus alimləri soğanın qan dövranına xeyirli cəhətlərini söyləyir. Yapon alimləri soğanın insanın beyin hüceyrələrinə xeyirli təsirindən danışır. Fransız alimlərinin qənaətinə görə, soğan və sarımsaq istifadə edən xanımlar, döş xərçənginə nisbətən az tutulur. Azərbaycan alimləri isə, adi Hövsan soğanın tərkibində bütün bu keyfiyyətlərin olduğunu qeyd edir. Bütün onların dedikləri bir məqsədə xidmət edir.
Soğan insan beyninin hüceyrələrinə təsir etməklə, nisbətən qocalmağın qarşısını alır. Alimlər belə qərara gəlir ki, soğanın tərkibində elə zülallar var ki, birbaşa beyin hüceyrələrin inkişafına təsir edir. Soğan tərkibindən alınan müxtəlif maddələr beyin hüceyrələrinin cavanlaşmasına xidmət edir. Bu da insanda yaddaşı korşalmağa qoymur.