Rusiyanın müdafiə naziri Qəbələ RLS-ə gedəcək

Son güncelleme: 25.07.2011 20:25
  • noimage

    Rusiya Qəbələ radiolokasiya stansiyasının gələcəkdə istismarına dair təkliflər hazırlayıb.

    APA-nın məlumatına görə, bu barədə Rusiyanın müdafiə naziri Anatoli Serdyukov Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə görüşdən sonra jurnalistlərə verdiyi açıqlama bildirib.

    "Biz Qəbələ RLS ilə bağlı öz təkliflərimizi hazırlamışıq. Bundan başqa biz stansiyanı modernləşdirməyi təklif edirik. Rusiyanın Qəbələ RLS-i modernizə etməklə bağlı müəyyən planları var. Yaxın günlər ərzində işçi qrup formalaşdırılaraq Bakıya göndəriləcək və qrup iki həftə ərzində stansiyanın istismarının davam etdirilməsinə dair texniki məsələləri azərbaycanlı həmkarları ilə müzakirə edəcəklər".

    Müdafiə naziri bildirib ki, avqustun 15-dən sonra Səfər Əbiyevlə birlikdə Qəbələ RLS-in istismarına dair sazişi bənd-bənd müzakirə edəcəklər. O Bakıda keçirdiyi görüşlərdə stansiyanın icarəsinə və yeni sazişin imzalanmasına dair məsələlərin müzakirə edildiyini deyib. Serdyukov bildirib ki, Rusiya tərəfi Azərbaycana Silahlı Qüvvələr üçün kadr hazırlanması kvotasını artırmağı təklif edib.

    Qeyd edək ki, Anatoli Serdyukov bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb, onun Qəbələ RLS-ə getməsi planlaşdırılır.

    Qaynaq:Lent.az
#25.07.2011 20:25 0 0 0