Neft yenə bahalaşıb

Son güncelleme: 27.08.2011 10:28
  • noimage

    Dünya bazarında neftin qiymətinin bahalaşması davam edir.

    Lent.az-ın "Bloomberg" agentliyinə istinadən verdiyi məlumata görə, qiymət ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernankenin çıxışı və "Ayrin" adlı dağıdıcı qasırğanın ölkə sahillərinə yaxınlaşması fonunda qalxıb.

    Nyu-Yorkdakı "NYMEX" birjasında WTI markalı neft 0,07 dollar artaraq 85,37 dollar olub. Londondakı "ICE" birjasında isə Brent markalı neft 0,74 dollar qalxaraq 111,36 dollar təşkil edib.

    Qaynaq:Lent.az
#27.08.2011 10:28 0 0 0